Damarlarda yaranan sərtliyin qarşısını almaq üçün...


Digərləri 18 Yan 2020 23:45:00 106 0

Damarlarda yaranan sərtliyin qarşısını almaq üçün...

Kardioloqlar arteriyaların sərtləşməsinin qarşısını almaqla bağlı tövsiyələr veriblər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, misirli kardioloqlar, damarların sərtləşməsinin çox vaxt artıq çəki ilə əlaqəli olduğunu bildiriblər.

Həkimlər damarların sərtləşməsinin piylənmə və qan damarlarında aterosklerotik ərp adlanan maddə toplanmasına gətirib çıxardığı üçün təhlukəli olduğunu vurğulayıblar.

Bildirilib ki, zamanla həmin ərplərin ölçüsü böyüyür və bu, qanın axmasına mane olur. Bu vəziyyət Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin inkişaf riskini də artırır.

Misir həkimləri bunun qarşısını almağın ən sadə yolunun arıqlamaq olduğunu bəyan ediblər. Bədən kütləsi indeksini normallaşdırmaq üçün normal yuxu olmalı, təzə meyvə-tərəvəzlərə üstünlük verilməli , şəkərli və qazlı içkilərin istifadəsi  məhdudlaşdırılmalıdır.