Rusiyada gömrük itlərinin gündə 12 saatdan çox istifadəsi qadağan olunub


Dünya 19 Yan 2020 06:33:34 113 0

Rusiyada gömrük itlərinin gündə 12 saatdan çox istifadəsi qadağan olunub

​Rusiyada gömrük itlərinin gündə 12-dən çox saat istifadəsi qadağan olunub

Rusiyanın Federal Gömrük Xidməti (FTX) xidməti itlərin saxlanılması və istifadəsi qaydalarını müəyyənləşdirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, əmrə əsasən "Heyvanlarla məsuliyyətli rəftar haqqında" Qanunun icrası 2020-ci ilin yanvarında qüvvəyə minib.

Sənədə əsasən, itlər gündə 12 saatdan çox olmamaq şərtilə işlədilə bilərlər. Onlar ümumiyyətlə xidmətə üç ildən beş ilə qədər cəlb oluna bilərlər.

İtlərin sonrakı xidmətinin məqsədəuyğun olub-olmadığını xüsusi komissiya müəyyən edəcək.

Əmrdə həmçinin xidməti itlərin təlimi və dördayaqlı gömrükçülərin xidmətinin başqa normaları müəyyənləşdirilib.