Günün qoroskopu: bu gün sizə asan olmayacaq


Digərləri 19 Yan 2020 00:01:00 113 0

Günün qoroskopu: bu gün sizə asan olmayacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - perspektivli planlar qurmayan, şəraiti özünə yox, özünü şəraitə uyğunlaşdırmağa üstünlük verənlər üçün gün sakit və hətta xoş keçəcək. Lakin daha az çevik və müəyyən məqsədə çatmağa can atanların vəziyyəti qibtə ediləsi olmayacaq. Onların uğur şansı minimal, məyusluqları isə çox ciddi olacaq.

Buğa - nəhayət ki, mənfi tendensiyalar geri çəkilir, sizə sakit, hətta xoş gündən zövq almağa imkan verir. Əlverişli məqamdan yararlanmaq və yeni işə başlamaq olar. Eləcə də, dincəlmək və gücünüzü bərpa etmək olar. Hər bir halda, vaxtınız hədər getməyəcək. Ailədə fikir ayrılıqları istisna deyil. Amma onlar müvəqqəti xarakter daşıyacaq.

Əkizlər - bu gün üçün münasib olan məşğuliyyətlər yaradıcılıq, əl işləri, eləcə də qiraətdir. Səs-küylü məclislərdən və kübar həyatda fəal iştirakdan imtina etmək məsələhətdir. Aktiv istirahət, idmanla məşğul olmaq və fiziki iş yalnız günün birinci yarısında məqsədəuyğundur.

Xərçəng - bu gün sizə asan olmayacaq. Hadisələr heç də arzuolunan məcrada inkişaf etməyəcək. Düzgünlük və intizamlılığına bel bağladığınız adamlar sizi pis vəziyyətdə qoyacaqlar. Maddi çətinliklər ehimalı var. Əgər şübhəli sövdələşmələrlə vəziyyəti düzəltməyə çalışsanız, çətinliklər daha da artacaq.

Şir - ötən günlərin zəhmət və qayğısını sevinc, şənlik və layiqli istirahət əvəz edəcək. Gün çox uğurlu olacaq, bəzi Şirlər heç bir səy göstərmədən uğur əldə edəcəklər. Köhnə tanışlarla görüşlər mümkündür. Onlar sizi gördüklərinə ürəkdən şad olacaq və xoş xəbərləri sizinlə bölüşəcəklər.

Qız - səhər saatlarında yaxınlarınızla mübahisələr gözlənilir. Günün ortasında isə harmoniya bərqərar olacaq. Siz tənqiddən incimir və eyhama eyhamla cavab vermirsiniz. Sülhpərvər əhval-ruhiyyənizin ətrafdakılara da sirayət etməsi üçün bir qədər vaxta ehtiyac var.

Tərəzi - gün ailəli Tərəzilərə xeyli müsbət emosiya bəxş edəcək. Onlar yaranmış imkandan yaxınları ilə vaxt keçirmək üçün istifadə edəcəklər. Bürcün tənha nümayəndələrinə isə evdə oturmamaq məsləhətdir - maraqlı tanışlıqlar mümkündür.