Yeniyetməlikdə hər 5 oğlandan birində müşahidə olunan xəstəlik


Digərləri 18 Yan 2020 21:45:00 212 0

Yeniyetməlikdə hər 5 oğlandan birində müşahidə olunan xəstəlik

Varikosel yeniyetməlik dövründə hər 5 oğlandan birində müşahidə oluna bilən xəstəlikdir. Yumurtalıqda şişlik və qasıqlarda ağrı ən çox şikayət olunan nüansdır.

Bunu uşaq urologiyası uzmanı, cərrah Pərviz Hacıyev bildirib.

Həkim qeyd edib ki, hər varikoselenin müalicəyə ehtiyacı olmur. Xayaya zərər vura biləcək və sonsuzluğa səbəb olma ehtimalı olan varikosele müalicə olunmalıdır.

Bəs hansı hallarda əməliyyat olunmalıdır?⁣⁣ Son.az e-tibb.az-a istinadən bildirir ki, sol tərəfli varikosele halların 90%-də görülür və təxminən 10% ehtimalda ikitərəfli varikosel aşkar edilir. Varikoselin sperma parametrlərinə, o cümlədən sıxlığa, hərəkətliliyə və morfologiyaya mənfi təsir göstərməsi və testis həcminin azalması ilə sonsuzluq problemlərinə səbəb ola biləcəyi bilinir.⁣

Varikosel testislərin damarların həddindən artıq genişlənməsi və damarların içərisində qan toplanmasına deyilir . Bu vəziyyətdə içərisində zəhərli artıq maddələri daşıyan qan testisə zərər verə bilər. Eyni zamanda yığılan qanın səbəb olduğu istilik artımı da xayalardakı funksiyanın pozulmasına səbəb ola bilər.⁣