Fəzail Ağamalının seçicilərlə görüşü davam edir (FOTO)


Digərləri 18 Yan 2020 20:45:00 115 0

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir (FOTO)

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir

Bakı. Fəzail Ağamalının seçicilərlə görüşü davam edir. Trend-in məlumatına görə, yanvarın 18-də Neftçala rayonunun Qaraşaqlı kəndində seçicilərlə görüş öncəsi 1995-ci il mart ayında dövlət çevrilişinə cəhddə böyük igidlik göstərmiş Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Xanoğlan Məmmədovun anası ziyarət olundu, şəhidin büstü önünə çiçək dəstələri qoyuldu. Görüşdə Fəzail Ağamalı ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı uğurlu xarici siyasət və son 4 ildə deputat kimi fəaliyyəti haqqında seçiciləri məlumatlandırdı. Seçicilər ölkə prezidentinin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, bir sıra problemlərin üzərində dayandılar. Görüş iştirakçıları Fəzail Ağamalının fəaliyyətini yüksək qiymətləndirdi və qarşıdan gələn Milli Məclisə seçkilərdə ona səs verəcəklərini önə çəkdilər. Sonda F.Ağamalı yüksək dəstəyə görə seçicilərə təşəkkürlərini bildirdi. Fəzail Ağamalının təbliğat-təşviqat kompaniyası davam edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin