Məşhur həkimdən səhər yeməyi ilə bağlı


Digərləri 18 Yan 2020 20:23:00 141 0

Məşhur həkimdən səhər yeməyi ilə bağlı

Xəbər verdiyimiz kimi, dünya şöhrətli həkim Mehmet Öz səhər yeməyinin əhəmiyyətsiz olması haqqında iddialı açıqlamalar vermişdi.

Son.az publika.az-a istinadən xəbər verir ki, Ender Saraç Mehmet Özün bu açıqlamasına cavab verib. O, həmkarının fikirləri ilə razılaşmadığını deyib və hər kəsə "Krallar kimi səhər yeməyi yeyin" tövsiyəsini verib:

"Mehmet Öz Türkiyənin qüruru və çox qiymətli həkimdir. Amma ABŞ və Türkiyədə edilən səhər yeməyi arasında ciddi fərq var. Mehmet Özün iki açıqlaması var: "Ac deyilsinizsə, yeməyin, mən bununla razıyam. Çox ac deyilsinizsə və ya toxsunuzsa səhər yeməyinizi gec edə bilərsiniz. Ancaq səhər yeməyi edilməlidir. Çünki qəbul edilən qida maddələr mübadiləsini hərəkətə gətirir. Əgər səhər yeməyi yeməsəniz və ya çox gec yesəniz, maddələr mübadiləsi gec işə düşəcək və siz acmağa davam edəcəksiniz. Dolayısı ilə daha çox yemək istəyi baş qaldıracaq. Çox gec yesəniz, ertəsi gün səhər acmayacaqsınız və yuxu keyfiyyətiniz azalacaq. Deyək ki, axşam 7-də nahar etmisiniz. Səhərlər işiniz 8-9-da başlayır. Beləliklə, 13-14 saatlıq aclıq müddəti var. Normal insan səhər duranda ac olmalıdır.

Amerikalılar səhər yeməyi üçün ağ undan və maya xəmirindən hazırlanmış çörək, vafli və ya yüksək şəkərli məhsullar yeyirlər. Onların tərkibində marqarin, maya və həddindən artıq şəkər var. Şirniyyatı şəkər və qlükoza siropu əlavə edilmiş qəhvə ilə içirlər.

Klassik və sağlam səhər yeməyimizə turş maya ilə hazırlanmış tam taxıl çörək, damarları qoruyan və xolesterini aşağı salan zeytun yağı, 8-10 ədəd zeytun, yayda pomidor, xiyar, qışda isə üzərinə limon suyu sıxılmış cəfəri, təzə, az duzlu pendir, bol miqdarda protein və aşağı qlisemik indeksli faydalı qidalar daxildir. Qışda menyuya 1 çay qaşığı doşab, bəzən də bal əlavə etmək olar.

Amerikalılar səhər yeməyində zeytun, zeytun yağı, pomidor, xiyar və bal kimi sağlam qidalardan qaçırlar. Bizim kərə yağımız da var. Bəzən o da yeyilə bilər. Odur ki, məşhur məsəldə deyildiyi kimi, səhər yeməyini özün ye, günorta yeməyini yoldaşına, axşam yeməyini isə düşməninə ver. İncə və sağlam olmaq istəyənlər gündə 2 dəfə yeyə bilərlər. Bunu qətiyyətlə tövsiyə edirəm.