Bu hərəkətlər onurğanızı çökdürür


Digərləri 18 Yan 2020 19:47:00 99 0

Bu hərəkətlər onurğanızı çökdürür

Biz çox fikir verməsək də, hamımız oturub-duranda müəyyən formalara daha çox öyrəşirik. Bunlardan bir qismi vaxt keçdikcə qamətimizə və ümumi sağlamlığımıza mənfi təsir göstərə bilər.

Son.az medicina.az-a istinadən sağlamlığımıza mənfi təsir edən və tez-tez rast gəlinən vərdişləri təqdim edir:

Uzun müddət oturaq halda qalmaq

Çox oturanda vücudumuzun əzələləri və onurğamızın strukturları həddən artıq yüklənir, zəifləyir və zədələnməyə daha meylli olur. Bu bir müddətdən sonra ağrı və digər problemlərə yol aça bilər. Bir vaxtlar xarici tibdə geniş yayılmış "oturmaq vərdişi-yeni siqaret çəkmək vərdişidir" ifadəsi mübahisəli olsa da, həqiqətən oturaq və hipodinamik həyat tərzinin sağlamlığımıza mənfi təsiri haqqında müasir tibdə çox məlumatlar var.

Beləliklə, iş rejiminiz oturaqdırsa, çalışın hər 20-30 dəqiqədən bir durun və 2-3 dəqiqə hərəkət edin. Bu əzələ və onurğa strukturunun qan dövranı üçün vacibdir.

Telefonu çiynimizlə saxlama vərdişi

Adətən vaxt çatışmazlığı bizi eyni anda bir neçə iş görməyə vadar edir. Bir çoxumuz telefonla danışanda əllərimizlə başqa iş görmək istəyir və bu səbəbdən onu çiyinlə sıxıb saxlayırıq. Bu vərdiş çiyin, boyun, kürək əzələləri həddən artıq yükləyir və strukturlarda gərginlik yaradır. Bunun əvəzində iş görəndə xüsusi qulaqcıqlardan istifadə edin.

Başı önə aparıb monitora baxmaq Saatlarla monitora baxanda düz qaməti saxlamaq çox çətindir. Çiyinlərinizi yığıb başınızı çox qabağa aparırsınızsa bədəninizin normal biomexaniki yüklənməsi dəyişir. Boyunun təbii lordozu pozulur, əzələlər və vətərlər gərginləşir.