İran “Boeing”in qara qutularını Ukraynaya verəcək


Dünya 18 Yan 2020 18:59:18 100 0

İran “Boeing”in qara qutularını Ukraynaya verəcək

​İran “Boeing”in qara qutularını Ukraynaya verəcək

İran Tehranda vurulmuş “Boeing”in qara qutularını Ukraynaya verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar bildirib.

"Biz Ukrayna ekspertləri ilə təkrar məsləhətləşmələr keçirdik və təsdiq etdik ki, İrandakı qara yeşiklərin şifrəsini açmaq mümkün deyil”, - deyə o bildirib. Ukraynanın arzusuna əsasən, bort qeydiyyatçıları bu ölkəyə göndəriləcək.

Məmur əlavə edib ki, "Fransa, Kanada və ABŞ-dan olan ekspertlərin köməyi ilə Kiyevdə qara yeşiklərin şifrəsini açmağa cəhd edəcəklər".

"Əgər bu cəhd müvəffəqiyyətlə nəticələnməsə, qara yeşiklər Fransaya göndəriləcək", - o qeyd edib.

Cümə günü Ukraynanın Baş Prokurorunun ofisi İrana təyyarənin qara yeşiklərini Kiyevə vermək xahişi ilə təkrar sorğu göndərib. Ukrayna əvvəlki sorğu ilə yanvarın 15-də İrana müraciət edib.