Xameneyi ABŞ liderini "təlxək" adlandırdı


Dünya 18 Yan 2020 20:09:00 92 0

Xameneyi ABŞ liderini "təlxək" adlandırdı

İranın 2012-ci ildən bəri Tehranda ilk dəfə ibadət mərasiminə başçılıq edən ali dini liderinin dediyinə görə, bu ayın əvvində ABŞ-ın İraqdakı hərbi qüvvələrinə raket hücumu super qüdrət olan Amerikanın imicinə zərbə idi.

Ayətullah Əli Xomeneyi Amerika İslam Dövləti ilə mübarizdə effektiv nəticələr əldə edən general Qasım Süleymanini Bağdadda hava zərbəsi ilə öldürməsinə İranın ballistik raketlə cavab verdiyini deyib.

Lakin ABŞ-ın İraqdakı əsgərləri ciddi xəsarət almadı. İran İnqilab Keşikçiləri Qvardiyası Amerikaya hücuma hazırlaşdığını desə də, bunu etmədi. Bunun əvəzində o, səhvən Tehran beynəlxalq hava limanından havaya qalxan Ukrayna təyyarəsini vurdu və əsasən iranlılar olmaqla, 176 sərnişinin hamısını öldürdü.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, 1989-cu ildən bəri ölkənin ən yüksək vəzifəsini icra edən Ayətullah Əli Xameneyi ölkədəki əsas qərarlar barədə son sözü deyən şəxsdir. 80 yaşlı lider, general Qasım Süleymaninin dəfn mərasimində açıq şəkildə ağladı və ABŞ-a qarşı sərt qisas alacağına söz verdi.

Hakimiyyət faciə ilə bağlı rolunu üç gün gizlədərək, qəzanın texniki problem səbəbindən baş verdiyini dedi. Hökumətin məsuliyyəti öz üzərinə götürməsi isə təhlükəsizlik qüvvələrinin canlı sursat və gözyaşardıcı qazla dağıldığı nümayişlərə səbəb oldu.

Prezident Donald Trampın İranın dünya gücləri ilə 2015-ci ildə imzalanan nüvə razılaşmasından çıxmasından və beynəlxalq sanksiyaların qaldırılması qarşılığında İranın nüvə proqramına məhdudiyyətlər qoyması tələbindən sonra İranla Birləşmiş Ştatlar arasındakı gərginlik getdikcə artdı.

O vaxtdan bəri Ağ Ev İranın həyati əhəmiyyətli neft və qaz sənayesinə qarşı sanksiyalar tətbiq edərək, ölkəni etiraz dalğalarını alovlandıran iqtisadi böhrana sürüklədi. Trump hətta Tweeter səhifəsində farsca mesaj yazdı. Etirazçıları açıq şəkildə dəstəklədyən Tramp etirazların və sanksiyaların uzunmüddətlı rəqibi olan ölkəyə köklü dəyişiklik gətirəcəyinə ümid etdiyini bildirdi.