Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)


Digərləri 18 Yan 2020 18:24:00 145 0

Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd

Bakı. Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində bu gün Yasamal rayonunda Ağdamdan olan məcburi köçkün seçiciləri ilə görüş keçirib. Trend-in məlumatına görə, görüşdə ilk öncə Bəxtiyar Əliyev Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar, ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, o cümlədən Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısı haqqında söhbət açıb. B.Əliyev bildirib ki, Azərbaycanın iqtisadi imkanları artdıqca insanlarımıza, o cümlədən məcburi köçkünlərə olan diqqət daha da artırılır, onların sosial və mənzil şəraiti yaxşılaşdırılır. Görüş zamanı məcburi köçkünlər də Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatları, ölkənmizin günbəgün inkişafını, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını, onların yeni mənzillərlə təmin olunmasını yüksək qiymətləndirib və daim dövlət başçısı ətrafında sıx birləşdirklərini diqqətə çatdırıblar. Məcburi köçkünlər, həmçinin deputatlığa namizəd Bəxtiytar Əliyevin indiyə qədər Milli Məclisin üzvü kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini, onun məcburi köçkünlərlə daim yaxında maraqlandığını, qaldırılan məsələlərə operativ reaksiya verdiyini qeyd ediblər. Bildirilib ki, B.Əliyev Milli Məclisin üzvü olduğu müddətdə daim seçicilərini diqqətdə saxlayıb, müntəzəm olaraq seçiciləri ilə görüşüb və onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüb. Məcburi köçkünlər növbəti dəfə də Bəxtiyar Əliyevin Milli Məclisdə onları təmsil etməsini istədiklərini vurğulayıblar. Onlar Bəxtiyar Əliyevin seçicilər arasında rəğbət qazandığını bildiriblər və seçkilərdə ona səs verəcəklərini vurğulayıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin