AGF-nin 10-cu Ümumi Yığıncağı keçirilib


Digərləri 18 Yan 2020 19:08:00 105 0

AGF-nin 10-cu Ümumi Yığıncağı keçirilib

18 yanvar tarixində Azərbaycan Gimnastika Federasiyasının 10-cu Ümumi Yığıncağı keçirilib

Bakı. 18 yanvar tarixində Azərbaycan Gimnastika Federasiyasının 10-cu Ümumi Yığıncağı keçirilib. Federasiyadan Trend-ə verilən məlumata görə, 2019-cu ilin yekunlarına həsr olunmuş tədbirdə AGF İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların məşqçiləri və gimnastları iştirak ediblər. Rəsmi açılışdan sonra yığıncağın gündəliyində duran məsələlərə keçid alınıb. Gündəlikdə federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlərə toxunulub. İlk öncə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri təsdiq olunub. Daha sonra 9-cu Ümumi Yığıncağın protokolu və 10-cu Ümumi Yığıncağın gündəliyi təsdiqlənib. Yığıncaqda AGF-nin Baş Katibi Nurlana Məmmədzadənin 2019-cu il üzrə hesabatı və federasiyanın Baş mühasibi Viktoriya Abuşovanın hesabatı dinlənilib və təsdiq edilib. Daha sonra gimnastika sahəsində müəyyən nailiyyət və ya xidmətləri olan şəxslərə xatirə medalları təqdim olunub.