Somalidə partlayış baş verib, ölən və yaralananlar var


Digərləri 18 Yan 2020 19:41:00 105 0

Somalidə partlayış baş verib, ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib

Bakı. Somalinin paytaxtı Moqadişoda partlayış baş verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Bildirilir ki, partlayıcı maddələrlə doldurulmuş avtomobil türkiyəli işçilərin nahar etdiyi yerin yaxınlığında partladılıb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz "Twitter" səhifəsində bildirib ki, partlayış nəticəsində 6 Türkiyə vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.