15 yaşlı Gəncə sakini maşını ağaca çırpdı,


Digərləri 18 Yan 2020 16:44:59 115 0

15 yaşlı Gəncə sakini maşını ağaca çırpdı,

Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata əsasən, yanvarın 17-də saat 14 radələrində Gəncənin Nizami rayonu ərazisində şəhər sakini, 15 yaşlı Ş.Hacıyev idarə etdiyi "VAZ-2121" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.