Anar bu dəfə Mustafanın stilisti oldu FOTO


Şou-biznes 18 Yan 2020 16:46:00 164 0

Anar bu dəfə Mustafanın stilisti oldu  FOTO

Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyevə bu dəfə Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli müraciət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, yeni klip çəkilişində azərbaycanlı stilistlə əməkdaşlıq etmək istədiyini qeyd edib.

Bu barədə Mustafa İnstaqram səhifəsində məlumat verib. Ceceli şəkil paylaşaraq yeni klipindəki obrazını Anarın hazırladığını yazıb.

Qeyd edək ki, Anar Ağakişiyev Cecelidən əvvəl müğənnilər Demet Akalın və İrem Derici ilə bir araya gələrək onları səhnəyə hazırlamışdı.