15 yaşlı Gəncə sakini maşını ağaca çırpdı: hadisə yerində öldü


Digərləri 18 Yan 2020 16:34:01 138 0

15 yaşlı Gəncə sakini maşını ağaca çırpdı: hadisə yerində öldü

Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, yanvarın 17-də saat 14 radələrində Gəncənin Nizami rayonu ərazisində şəhər sakini, 15 yaşlı Ş.Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.