Maduro Papaya venesuelalıların katolisizmdən getdiyini bildirib


Dünya 18 Yan 2020 06:23:48 78 0

Maduro Papaya venesuelalıların katolisizmdən getdiyini bildirib

Maduro Papaya venesuelalıların katolisizmdən getdiyini bildirib

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə vətəndaşları özünü siyasi hərəkətlərlə etibardan salmış katolik kilsəsindənkütləvi şəkildəuzaqlaşırlar.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Əziz ata Fransisk, sizə Venesuela xalqının katolisizmdən imtina etdiyini demək istəyirəm. Ölkə vətəndaşlarının demək olar, 40 faizi özlərini xaçpərəst elan etdilər, əvvəlcə bu rəqəm3 faiz idi", - deyə bələdiyyə başçıları ilə görüşün gedişatında Maduro bildirib.

Dövlət başçısının fikrincə, bu hadisə son illər katolik kilsəsinin baş keşişlərinin siyasi fəallığı ilə şərtlənib. Onlar faktiki olaraq Venesuelanın yepiskop icmasından siyasi partiya kimi istifadə edirlər.