ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var


Dünya 18 Yan 2020 09:54:14 94 0

ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

Şübhəli şəxs saxlanılıb

ABŞ-ın Yuta ştatının Qrantsvill şəhərində baş verən silahlı insident nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Bildirilib ki, zərərçəkən xəstəxanadadır. Şübhəli şəxs isə saxlanılıb.