Rauf Əliyev Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçicilərlə görüş keçirib (FOTO)


Digərləri 18 Yan 2020 16:17:32 158 0

Rauf Əliyev Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçicilərlə görüş keçirib (FOTO)

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Buzovna qəsəbə ağsaqqal və ziyalı seçicilərlə görüşü keçirilib.

Bakı. 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Buzovna qəsəbə ağsaqqal və ziyalı seçicilərlə görüşü keçirilib. O, ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda seçiciləri fəal olmağa çağırıb, onların düzgün seçimini Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verəcəkləri töhfə kimi dəyərləndirib. 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizədi Rauf Əliyev qəsəbəni narahat edən bəzi problemləri dinləyib və həlli istiqamətində müzakirələr aparıb. Görüşdə çıxış edən ağsaqqal və ziyalılar Rauf Əliyevin sakinlərin problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını, eyni zamanda rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini, sadəliyi və səmimiliyi ilə sakinlərin rəğbətini qazanmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq seçkilərdə qəti şəkildə onu dəstəkləyəcəklərini bildirdilər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin