Konqoda 5 nəfər naməlum xəstəlikdən ölüb


Dünya 18 Yan 2020 11:58:32 80 0

Konqoda 5 nəfər naməlum xəstəlikdən ölüb

Xəstələrin hamısı Kiri şəhərindəki xəstəxanada ölüb

Konqo Demokratik Respublikasının qərbindəki Mai Ndombe əyalətində 5 nəfər naməlum xəstəlikdən ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, onlar Kiri şəhərindəki xəstəxanada dünyasını dəyişiblər.

Əyalətin Səhiyyə Nazirliyinin rəhbəri Jan Klod Bola mediaya açıqlamasında vəziyyətin nəzarət altında olduğunu, mütəxəssislərin hadisə yerində olanları araşdırdığını və bu “sirli xəstəliyi” müəyyənləşdirmək üçün bütün tədbirlərin görüldüyünü söyləyib.

Onun sözlərinə görə, söhbət şayiəsi yayılan Ebola virusundan getmir.