Məhkəmə qərarlarının icrasından yayınan 493 şəxs barəsində cinayət işi başlanıb


Digərləri 18 Yan 2020 14:43:16 103 0

Məhkəmə qərarlarının icrasından yayınan 493 şəxs barəsində cinayət işi başlanıb

2019-cu ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 861 mini ötüb.

Bakı. Samir Əli - 2019-cu ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 861 mini ötüb. Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib. Onun sözlərinə görə, həmin işlərdən 485 mindən çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 %-dən çox – 1.74 milyard manata yaxın vəsait ödətdirilib ki, bunun da 143 milyon manatdan çoxu aliment işləri üzrə ödəmələrdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.712 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.808 nəfər inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində isə cinayət işi başlanılıb.