Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb


Digərləri 18 Yan 2020 15:03:22 150 0

Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

Ötən il Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının 31 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Bakı. Samir Əli – Ötən il Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının 31 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Trend-in məlumatına görə bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib. Nazir müavini bildirib ki, onlardan 5 nəfər ədliyyə orqanlarından xaric edilib: “O cümlədən 2 nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.