Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb


Digərləri 18 Yan 2020 15:14:00 132 0

Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb

2019-cu ildə Azərbaycanda dəmir yolu ilə 3,2 milyard dollar məbləğində yükdaşımalar həyata keçirilib

Bakı. Anastasiya Savçenko - 2019-cu ildə Azərbaycanda dəmir yolu ilə 3,2 milyard dollar məbləğində yükdaşımalar həyata keçirilib. Bu göstərici 2018-ci illə müqayisədə 5,3 faiz çoxdur. Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir. Hesabat dövründə dəmiryol nəqliyyatı ilə yükdaşımaları təxminən 7,6 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 13 faiz çoxdur. Dəmiryolu ilə ixrac yükdaşımalarının həcmi 2,32 milyon ton (0,14 faiz artım), məbləği isə 710 milyon dollar (13,8 faiz azalma) təşkil edib.