Nigeriyada qarət 14 nəfərin ölümünə səbəb olub


Digərləri 18 Yan 2020 01:46:00 110 0

Nigeriyada qarət 14 nəfərin ölümünə səbəb olub

Nigeriyanın Zamfara ştatının yaşayış məntəqəsinin birinə bir qrup silahlı şəxs tərəfindən edilən qarət nəticəsində ən az 14 nəfər həlak olub

Bakı. Nigeriyanın Zamfara ştatının yaşayış məntəqəsinin birinə bir qrup silahlı şəxs tərəfindən edilən qarət nəticəsində ən az 14 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "Daily Post" qəzeti Zamfara ştatı polisinə istinadən bildirib. Bildirilib ki, hadisə yanvarın 15-də baş verib. Şahidlərin sözlərinə görə, səhər saat 9 radələrində motosikletdə olan 40-dan çox adam kəndə girib. Cinayətkarlar sakinlərə evlərini tərk etməmələrini əmr ediblər.