Avtomobillər toqquşub: ölən və yaralananlar var FOTO


Digərləri 17 Yan 2020 23:18:00 92 0

Avtomobillər toqquşub: ölən və yaralananlar var  FOTO

Saatlıda iki avtomobil toqquşub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaranuru kəndində  baş verib.

Belə ki, "Vaz-2107" və "Mitsubishinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan rayonun Azadakənd kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu Şirvan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxananın reanimasiya şöbəsində ölüb.

Digər üç nəfərin isə vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

cSon.az