Dünyanın ən kiçik adamı vəfat edib - FOTO - VİDEO


Dünya 17 Yan 2020 22:34:17 127 0

Dünyanın ən kiçik adamı vəfat edib - FOTO - VİDEO

​Dünyanın ən kiçik adamı vəfat edib

Nepal sakini, dünyada ən kiçik insan kimi tanınan Haqendra Tapa Maqar vəfat edib.

Bu barədə “Report” Ginnesin “Rekordlar” kitabının saytına istinadən xəbər verir.

Qeyd edilir ki, o, bu gün dünyasını dəyişib. Haqendra Tapa Maqarın 28 yaşında dünyasını dəyişdiyi bildirilir.

Onun boyu 67,08 santimetr idi. Məlumata görə, son zamanlar Haqendranın ürəyində problemlər yaranıb. Bundan başqa, o, astma və pnevmoniya xəstəliklərindən əziyyət çəkirdi.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək