Latviyalı tələbələr insultun qarşısını almaq məqsədilə implant hazırlayıblar


Dünya 17 Yan 2020 22:37:00 95 0

Latviyalı tələbələr insultun qarşısını almaq məqsədilə implant hazırlayıblar

P.Stradınış adına Riqa Universitetinin "Smart Umbrella" tələbə komandası insult təhlükəsi barədə vaxtında xəbər verən filtr-implant hazırlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, komandanın məqsədi tromb səbəbindən beyin damarlarına qan getmədikdə meydana çıxan insulta dəqiq diaqnoz qoymaqdır.

Komandanın həmtəsisçisi, tələbə Viktoriya Luize Katarina Şefa söyləyib ki, filtrin topladığı məlumat həm pasiyent, həm də onun həkimi üçün əlçatan olacaq.

Qeyd edək ki, "Smart Umbrella" komandası ötən ilin dekabr ayında Avropa İnnovasiya və Texnologiya İnstitutunun "EIT Health" müsabiqəsinin üç laureatı sırasına daxil olub. Yarışda ümumilikdə 33 komanda iştirak edib.