Təxminən 20 min insan zəlzələlərə görə evini tərk edib


Digərləri 17 Yan 2020 22:14:00 93 0

Təxminən 20 min insan zəlzələlərə görə evini tərk edib

Bir sıra zəlzələlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəziləri gecəni küçələrdə keçirməyi üstün tutub

Bakı. Bir sıra zəlzələlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, bəziləri gecəni küçələrdə keçirməyi üstün tutub. Trend-in məlumatına görə, bu barədə Puerto-Riko hakimiyyəti bildirib. Qeyd edək ki, Karib dənizində-bu adada enerji təchizatı sistemini, infrastrukturu pozan və bir sıra evlərin dağılmasına səbəb olan zəlzələlər baş verib. Ən güclü zəlzənin maqnitudası 6.6 bal təşkil edib. Puerto-Riko hakimiyyəti fövqəladə vəziyyət rejimini elan edib. Puerto-Riko Dövlət katibi Elmer Roman bildirib ki, təxminən 8,2 min nəfəri dövlət, daha çoxu isə qeyri-resmi sığınacaqlarında yerləşdirilib.