Çində yeni pnevmoniyaya yoluxanların sayı 45 nəfərə çatıb


Dünya 17 Yan 2020 22:01:50 118 0

Çində yeni pnevmoniyaya yoluxanların sayı 45 nəfərə çatıb

​Çində yeni pnevmoniyaya yoluxanların sayı 45 nəfərə çatıb

Çin həkimləri Uhan şəhərində pnevmoniyanın yeni virusu “2019-nCoV”a 4 yeni yoluxma hadisəsini qeydə alıblar.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Bildirilir ki, Səhiyyə üzrə Bələdiyyə Komitəsi bu virusa yoluxanların ümumi sayının 45 nəfərə qədər artdığını bildirib.

Onlardan 5-i ağır vəziyyətdədir, daha 15 pasiyent artıq tibbi məntəqələrinə yazılıb. Stasionar müalicədə olanların vəziyyəti sabit kimi qiymətləndirilir.

Qeyd edilir ki, hələlik 2 ölüm hadisəsi qeydə alınıb.

Dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatını ölkənin mərkəzi hissəsində yerləşən Uhan şəhərində naməlum pnevmoniyanın yayılması haqqında məlumatlandırıb.