Kristofer Tolkin 95 yaşında vəfat etdi


Dünya 17 Yan 2020 21:01:00 114 0

Kristofer Tolkin 95 yaşında vəfat etdi

Yazıçı Con Tolkinin oğlu Kristofer Tolkin 95 yaşında vəfat etdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Tolkin Beynəlxalq Cəmiyyəti "Twitter" səhifəsində məlumat yayıb. Son illəri yazıçı xanımı Beyli ilə Fransada yaşayırdı.

Kristofer Tolkin Britaniya yazıçısı, linqvist, şair, filoloq, Oksford Universitetinin professoru, "Hobbit və ya oraya və geriyə", "Üzüklərin hökmdarı", "Silmarillion" kimi macəra romanlarının müəllifi Con Tolkinin üçüncü oğludur. Atasının başa çatdırmadığı "Silmarillion" romanını tamamlaması ona şöhrət gətirib. Kristofer Tolkin də atası kimi uzun illər Oksford Universitetinin professoru olub.