Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb


Dünya 17 Yan 2020 20:45:00 85 0

Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb

Tailandda yeni tip koronavirusa ikinci yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu virusa 74 yaşlı çinli qadın yoluxub.

Hazırda o karantinə alınıb. Bundan əvvəl, Tailandda Çindən gəlmiş daha bir qadında yeni koronavirus aşkar olunmuşdu.

Qeyd edək ki, dekabrın sonlarında Çinin Uhan şəhərində pnevmaniyaya səbəb olan yeni tip koronavirusun yayıldığı açıqlanmışdı. Bu günədək bu virusdan 2 nəfər ölüb, 40 nəfər isə müalicə olunur.