Bakıda bıçaqlanma: yaralı hücum edən şəxsi tanımadığını deyir


Digərləri 17 Yan 2020 20:20:00 108 0

Bakıda bıçaqlanma: yaralı hücum edən şəxsi tanımadığını deyir

Bakının Yasamal rayonunda gənc kişinin qarın nahiyəsinə üç bıçaq zərbəsi vurulub.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Yanvarın 16-da 18:00 radələrində Mirzə Ağa Əliyev küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxs bıçaqla 1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğluna hücum edib.

Nəticədə, yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb", - rayon polis şöbəsindən verilən məlumatda bildirilir.

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin saxlanılması üçün axtarış tədbirləri həyata keçirirlər.