Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verib


Digərləri 17 Yan 2020 19:55:16 117 0

Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verib

Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi.

Bakı. Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi. Ana Vətən Partiyasının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı 2016-cı ilin aprel döyüşlərində şəhid olan Baş leytenant Rəşid Mehdiyevin cox saylı seçicilərin iştirakılə ata ocağında oldu. Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər Xiyabanı ziyarət edildi. Onların ruhuna dualar oxundu. Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirildi. Fəzail Ağamalı son dörd ildə deputatlıq fəaliyyəti və ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin önəmili tərəfləri üzərində dayandı. Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparıldı və seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib ona uğurlar arzuladılar. Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qazilərilə keçirildi. 60-dan çox qazinin iştirak etdiyi görüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissilə qeyd olundu. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzuladılar. Yüksək səviyyədə keçirilən hər iki görüşün foto şəkillərini Sizə təqdim edirik. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin