"Kreativ Azərbaycan" portalı – yaradıcı şəxslər üçün kreativ kontent, fürsətlər və yeniliklər


Digərləri 17 Yan 2020 19:44:38 101 0

"Kreativ Azərbaycan" portalı – yaradıcı şəxslər üçün kreativ kontent, fürsətlər və yeniliklər

“Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən yaradılıb.

Bakı. “Kreativ Azərbaycan” portalı Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərinin inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləyən, bu sənaye sahələrinə dair maarifləndirmə və təbliğat fəaliyyətlərinin həyata keçirən, eləcə də yaradıcı məhsullar və xidmətlərin yerli istehsalı, tanıtımı və ixracını təşviq edən onlayn resurs kimi Mədəniyyət Nazirliyi tərəfindən yaradılıb. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yaradıcı şəxsləri dünyada kreativ sənayelər sahələrində baş verən proseslər, yeniliklər, imkanlar və tədbirlər haqqında müntəzəm məlumat almaq üçün www.creative.az saytını və onun sosial media səhifələrini izləməyə, eyni zamanda sahəvi inkişaf proseslərində iştirak etmək üçün saytda qeydiyyatdan keçməklə Kreativ Azərbaycan şəbəkəsinə üzv olmağa dəvət edir. Facebook: facebook.com/creative.az