Bakıda Səudiyyə Ərəbistanı səfirliyinin avtomobili azyaşlı bacıları vuraraq qaçdı


Digərləri 17 Yan 2020 19:24:40 106 0

Bakıda Səudiyyə Ərəbistanı səfirliyinin avtomobili azyaşlı bacıları vuraraq qaçdı

Məktəbə tələsən iki azyaşlı bacı Bakının Tbilisi prospektində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə yanvarın 13-də saat 07:50 radələrində baş verib.

Yolu keçən 13 yaşlı Mahmudlu Nuray İsrafil qızı və 9 yaşlı bacısı Xədicəni avtomobil vurub. Nəqliyyat vasitəsinin sürücüsü uşaqlara kömək etmədən hadisə yerindən qaçıb.

Hadisənin şahidləri dərhal bacıları 1 nömrəli Kliniki Tibbi Mərkəzə aparıblar. İndi onların həyatı təhlükə altında deyil.

İstintaq zamanı uşaqları vuraraq hadisə yerindən qaçan "Mersedes" markalı avtomobilin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinə aid olduğu məlum olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov Oxu.Az-a bildirib ki, qanunu pozanlara qarşı diplomatik toxunulmazlıq nəzərə alınaraq, qanun çərçivəsində tədbirlər görüləcək.

Son.az