Sabiq nazir Putinin köməkçisi olacaq


Dünya 17 Yan 2020 18:28:00 120 0

Sabiq nazir Putinin köməkçisi olacaq

Dmitri Medvedevin rəhbərlik etdiyi hökumətdə İqtisadi inkişaf naziri olmuş Maksim Oreşkin Prezident Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi olacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə "Bloomberg" məlumat yayıb.

Prezidentin köməkçisi Andrey Belousov da yeni vəzifə alacaq. Agentliyin mənbələrinə görə, o, Baş Nazirin birinci müavini vəzifəsini icra edəcək. Hazırda bu yeri Maliyyə naziri Anton Siluanov tutur, lakin onun yeni təyinat alacağı barədə məlumat verilmir.

İqtisadi İnkişaf Nazirliyinə kimin rəhbərlik edəcəyi də məlum deyil.

Xatırladaq ki, Dmitri Medvedev hökuməti yanvarın 15-də istefaya gedib. Bəzi məlumatlara görə, Putinin milli layihələrin icrasından narazılığı buna səbəb olub.