“Nargis” fondun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb (FOTO)


Digərləri 17 Yan 2020 18:05:57 115 0

“Nargis” fondun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb (FOTO)

Artıq yeddinci ildir keçirilən qış yarmarkasından əldə olunan gəlir 401.479 manatdır.

Bakı. Dekabrın 1-dən yanvarın 13-dək “Nargis” fond tərəfindən Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası uğurla başa çatıb. Artıq yeddinci ildir keçirilən qış yarmarkasından əldə olunan gəlir 401.479 AZN təşkil edir. Ənənəyə sadiq qalaraq, toplanan ümumi gəlir müxtəlif diaqnozlu körpələrin müalicə və əməliyyatları üçün sərf olundu. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız – uşaq evlərin sakinləri ziyarət ediblər. Bu xeyirxah işin ərsəyə gətirilməsində bizə dəstək olan sponsorlarımıza, iştirakçılarımıza , eləcə də qonaqlarımıza dərin minnətdarlığımızı bildiririk! Daha ətraflı məlumatı, xəstəxana fakturalarını və fond tərəfindən edilən bank köçürmələrini nargisfund.com saytımızdan əldə edə bilərsiniz.