Rasim Balayevə “Nəsimi” medalı verildi


Kriminal 17 Yan 2020 17:29:00 135 0

Rasim Balayevə “Nəsimi” medalı verildi

Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edib.

Tədbirə qatıla bilməyən bilməyən sənətçinin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib.