Aİİ-də payız semestri imtahan sessiyasının gedişatı izlənilib (FOTO)


Digərləri 17 Yan 2020 17:25:01 148 0

Aİİ-də payız semestri imtahan sessiyasının gedişatı izlənilib (FOTO)

Şura üzvləri və KİV təmsilçiləri tələbələrin sessiyaya hazırlıqlar, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri payız semestri imtahan sessiyasının gedişatını izləyiblər. İnstitutun mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri və KİV təmsilçiləri tələbələrin sessiyaya hazırlıqlar, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar. Şura üzvlərinə və KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat verilib, media nümayəndələrini maraqlandıran sualları cavablandırılıb. Bildirilib ki, 2019-2020-ci tədris ilinin yaz semestri imtahanlarının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb. Eyni zamanda, imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi formada keçirildiyi barədə Nəzarət Şurasının üzvləri, KİV təmsilçiləri məlumatlandırılıb. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiyanın yaradıldığı, imtahanlara nəzarətin müəllim-koordinatorlar tərəfindən həyata keçirildiyi qeyd edilib. İmtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, ona ayrılan vaxtın 2 saat müəyyənləşdirildiyi barədə məlumat verilib. Məlumat üçün bildiririk ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazımi şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb.