Vilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı FOTO


Digərləri 17 Yan 2020 17:11:58 110 0

Vilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı  FOTO

Yol polisində kadr dəyişikliyi edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilərək Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyev Trend-ə faktı təsdiqləyib.