DYP-nin iki şöbə rəisinə yeni vəzifə verilib


Sosial 17 Yan 2020 16:42:27 107 0

DYP-nin iki şöbə rəisinə yeni vəzifə verilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

© Report

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb.

Belə ki, o, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

K.Əliyev “Report”a faktı təsdiqləyib.

Bu barədə ilk xəbəri avtosfer.az saytı yayıb.