Psixiatriyada istifadə olunan bəzi dərmanlar kardioloji fəsadlar yaradır - Fuad İsmayılov


Digərləri 17 Yan 2020 16:22:00 111 0

Psixiatriyada istifadə olunan bəzi dərmanlar kardioloji fəsadlar yaradır - Fuad İsmayılov

Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır.

Bakı. İlhamə İsabalayeva - Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır. Trend-in məlumatına görə, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, digər tərəfdən bəzi kardioloji preparatlar psixi pozuntuların yaranmasına təkan verir: "Məsələn, aritmiyaya qarşı preparatlar 100 faiz depressiya yarada bilir. Əgər infarkt olan xəstədə psixi pozuntular, depressiya varsa, o dərmanları vaxtında qəbul etməyəcək, müalicə rejiminə əməl etməyəcək. Təbii ki, bunun da nəticəsi pis olacaq".