MSK DSK-nın qərarını ləğv edərək müsavatçının namizədliyini qeydə alıb


Siyasət 17 Yan 2020 15:33:49 125 0

MSK DSK-nın qərarını ləğv edərək müsavatçının namizədliyini qeydə alıb

MSK dariə seçki komissiyasının qərarını ləğv edib.

© Report

MSK dariə seçki komissiyasının qərarını ləğv edib.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Müsavat Partiyasının Xəzər rayon təşkilatının sədri Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.

İclasda çıxış edən N.Nəsirov bildirib ki, DSK onun sənədlərinə iş gününün gərginliyi ilə əlaqədar baxa bilməyib:

“DSK namizədliyim qeydə alınmaması ilə bağlı heç bir sənəd mənə təqdim etməyib”.

MSK N.Nəsirovun şikayətini təmin edib və DSK-nın qərarını ləğv edib. N. Nəsirovun namizədliyi qeydə alınıb.