Bəşşar Əsədə sadiq qüvvələr Hələbə hücum edib


Dünya 17 Yan 2020 15:00:17 110 0

Bəşşar Əsədə sadiq qüvvələr Hələbə hücum edib

Suriyada Bəşşar Əsədə sadiq qüvvələr və İran dəstəkli terrorist qruplar Hələbin “İdlib gərginliyi azaltma bölgəsi”nin qərb və güney ərazilərinə qurudan hücuma başlayıb.

Suriyada Bəşşar Əsədə sadiq qüvvələr Hələbin qərb və cənub hissələrinəqurudan hücuma başlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, İranyönümlü terrorçu qrupların da qatıldığı hücumlar nəticəsindəmülki şəxslərin yerləşdiyi ərazilər və müxaliflərə aid mövqelər bombalanıb.

Bölgəyə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının briqadası, eləcə də "Əl-Qays" terrorçu qruplaşmasının üzvləri, çox saydatank və zirehli texnika yerləşdirilib.

Xatırladaq ki, Hələb ətrafına hücumda dünən Rusiya qırıcıları da iştirak etmişdi. Rusiya qırıcıları dünən və bu gün İdlibin cənubundakı Maarratürnumanın bombalanmasında da iştirak edib.

Alparslan Öztürk