İran vurduğu təyyarənin “qara qutu”sunu Ukraynaya verməyə hazırdır


Dünya 17 Yan 2020 15:04:37 146 0

İran vurduğu təyyarənin “qara qutu”sunu Ukraynaya verməyə hazırdır

İran hökuməti yanvarın 8-də Tehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu qəzanı araşdıran beynəlxalq qrup tərəfindən tədqiq edildikdən sonra Ukrayna tərəfinə verməyə hazırdır.

İran hökuməti yanvarın 8-dəTehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu qəzanı araşdıran beynəlxalq qrup tərəfindən tədqiq edildikdən sonra Ukrayna tərəfinə verməyə hazırdır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri VadımPristaykobildirib.

Nazir İran nümayəndə heyətinin Ukraynaya səfəri zamanı hadisənin səbəbləri barədə zəruri müzakirə aparılacağına ümidvar olduqlarını deyib: “İran Hava Qüvvələrinin rəsmi bəyanatı vardı. Bununla bərabər, biz təsbit istəyirik. İranın nazir səviyyəsində yüksək səviyyəli nümayəndə heyətinin bazar ertəsi günü Ukraynaya səfəri zamanı bunun təsbit olunacağına ümidvaram”.

Ukrayna Baş Prokuroru Ofisinin Beynəlxalq Hüquqi Əməkdaşlıq Departamentinin rəhbəri Polina Çijçərşənbə günü“Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında vurulmasınınaraşdırılmasına dair beynəlxalq hüquqi yardım barədə Ukrayna tərəfinin sorğularına İrandan cavab gəlmədiyini bildirmişdi.