“Ford” yolu keçmək istəyən piyadanın həyatına son qoydu


Digərləri 17 Yan 2020 14:14:18 92 0

“Ford” yolu keçmək istəyən piyadanın həyatına son qoydu

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb

Bakı. Bakının Binəqədi rayonu S.Məmmədova küçəsində yanvarın 16-da yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazrliyindən (DİN) Trend-ə verilən məlumata görə, ötən gün saat 8 radələrində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub. Bildirilir ki, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.