Aİ: Liviyada sülhün dəstəklənməsi təşkilatın gündəmindədir


Dünya 17 Yan 2020 13:55:37 128 0

Aİ: Liviyada sülhün dəstəklənməsi təşkilatın gündəmindədir

Liviyada sülhün dəstəklənməsi məsələsi Aİ-nin gündəmindədir

Avropa İttifaqına (Aİ)üzv olan 28 ölkənin xarici işlər nazirləri yanvarın 20-də keçiriləcək növbəti görüş zamanı Liviyaya dair Berlin konfransının nəticələrini və bu ölkədəki münaqişənin həllinə dair mümkün tədbirləri müzakirə edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində təşkilatın yüksək rütbəli rəsmisi bildirib:“Qarşıdakı istirahət günləri Berlində Liviyaya dair konfrans keçiriləcək. Bazar ertəsi günü isə Şuranın bu konfransa yekun vuraraq BMT çərçivəsində sülh tədbirlərinə Aİ-nin mümkün dəstək səylərini müzakirə etməsi məntiqli olacaq”.