“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Nazirlər Kabinetinə göndərilib


Digərləri 17 Yan 2020 12:29:00 117 0

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Nazirlər Kabinetinə göndərilib

"Qida təhlükəsizliyi haqqında" qanun layihəsi və uyğunlaşma paketi hazırlanaraq artıq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib. "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb.

Q.Təhməzli əlavə edib ki, ötən il Agentliyin fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb.

AQTA sədri bildirib ki, Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib.