AQTA 405 sahibkara "yox" dedi


Digərləri 17 Yan 2020 11:27:14 101 0

AQTA 405 sahibkara "yox" dedi

2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10 652 sahibkarlıq subyektindən 405-ə imtina cavabı verilib

Bakı. İlhamə İsabalayeva - 2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10 652 sahibkarlıq subyektindən 405-ə imtina cavabı verilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib. O bildirib ki, hesabat dövründə sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, maarifləndirilməsi, sahibkarlarla dövlət-özəl əməkdaşlığının təmin edilməsi məqsədilə bir sıra biznes assosiasiyaları, ticarət palataları ilə birlikdə 80 tədbir təşkil edilib, 3900-dən çox sahibkarla görüşlər keçirilib. Qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib.