Şəbnəm Tovuzludan sükan arxasında qayda pozuntusu


Şou-biznes 17 Yan 2020 11:04:00 152 0

Şəbnəm Tovuzludan sükan arxasında qayda pozuntusu

Müğənni Şəbnəm Tovuzlu idarə etdiyi avtomobillə qayda pozaraq videoya çəkib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, o, çəkdiyi videonu öz instagram səhifəsində paylaşaraq izləyicilərinə təqdim edib.

Müğənni sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib. Bundan əlavə, müğənni təhlükəsizlik kəmərindən də istifadə etməyib. Müasir avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün müğənni təhlükəsizlik kəmərini oturacağın arxasından keçirərək taxıb.