19 yaşlı qız bəkarətini 2 milyon manata satdı


Dünya 17 Yan 2020 10:19:00 136 0

19 yaşlı qız bəkarətini 2 milyon manata satdı

19 yaşlı qız bəkarətini 1 milyon 200 min avroya ( təxminən 2 milyon 400 min manat ) satıb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, Ukraynada yaşayan Yekaterina adlı yeniyetmə "Cindirella Escorts" saytı vasitəsi ilə bəkarətini satışa çıxarıb.

Xarkovda yaşayan Yekaterina saytda özünü Katya adı ilə təqdim edib. Dekabr ayında saytda özünü satışa çıxaran qız bildirib ki, o, ilk dəfə Münxenli biznesmenlə intim münasibət yaşayacaq. 58 yaşlı İş adamı bunun müqabilində Yekaterinaya 2 milyondan artıq pul verəcək.

Videoda həm rus, həm də ingilis dilində danışan Katyanın dediyinə görə əldə etdiyi pulla özünə lüks həyat quracaq. O, "qazandığı" pulla dünya turuna çıxacaq.

"Lüks həyat yaşamaq üçün bəkarətimi satışa çıxarıram. Bu mənim bədənim, mənim seçimimdir"